
Hakimi təhqir edən futbolçuya 4 oyunluq cəza
- 15:45
- 50
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 32-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olnuub:
“Turan Tovuz-2” – “Şamaxı-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Turan Tovuz-2” komandası 100 manat cərimə edilib.
“Kəpəz-2” – “Zirə-2” oyununda “Kəpəz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Zirə-2” oyunu polis nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə “Kəpəz-2” komandası 100 manat cərimə edilib.
“Sabah-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra “Sabah-2” komandasının 83 nömrəli futbolçusu Stefen Ende hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sabah-2” komandası 300 manat cərimə edilib.
“Sumqayıt-2” – “Neftçi-2” oyununda “Sumqayıt-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilib.
“Sumqayıt-2” – “Neftçi-2” oyununun matçöncəsi iclasında polis nümayəndəsi olmadığına görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilib.