“Hayduk” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda “Zirə”nin qonağı olub.


Komanda.az xəbər verir ki, oyundan sonra Xorvatiya təmsilçisinin baş məşqçisi Qonsalo Manuel Qarsiya Qarsiyanın mətbuat konfransı keçirilib. İspaniyalı mütəxəssis 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:


“Çətin oyun oldu. Komandamız oyuna həyəcanlı başladı. “Zirə” ilk fürsətdəcə bizi cəzalandırdı. İkinci hissədə isə nəzarəti ələ aldıq. Ümumi götürsək, oyundan razı qaldım.


Gözlədiyim yaxşı “Zirə”ni gördüm. Komandanı uzun müddətdir eyni baş məşqçi çalışdırır. Təhlükəli rəqibdir. Qısacası, qələbə qazanmağa çalışacağıq ki, oyun penalti seriyasına kimi uzanmasın.


Özümüzün uyun üslubumuz var. Bu gün də o üslübumuzu göstərə bildik. Ümid edirəm ki, növbəti oyunda qələbə qazanıb, mərhələni keçən tərəf olacağıq”.