Xəbər verdiyimiz kimi, Gəncənin icra başçısı Niyazi Bayramov bu yaxınlarda “Kəpəz” rəhbərliyini qəbul edib və komandanın yeni mövsümə hazırlığı, hədəfləri ilə bağlı müzakirələr aparıb.

Rekord.az xəbər verir ki, illərdi komandanım taleyinə biganə qalan başçının birdən-birə belə addım atması təsadüfi deyil.

İş ondadır ki, SOCAR-dakı rəhbə dəyişikliyindən sonra sözügedən qurum AFFA-ya etibar etmək niyyətində deyil. Buna görə də dövlətin ən böyük şirkəti tərəfindən ayrılacaq vəsait klublara federasiyanın deyil, icra hakimiyyətlərinin əli ilə çatdırılacaq. O cümlədən də “Kəpəz”ə. Buna görə yerli icra hakimiyyətlərinə də bununla bağlı məlumat verilib və onlara rəhbərlik etdikləri şəhərlərin klubları ilə daha sıx təmasda olmaq tapşırılıb.