Azərbaycan Basketbol Liqasında 7-ci turun növbəti oyunu keçirilib.

Rekord.az xəbər verir ki, Cəlilabad Olimpiya İdman Kompleksində yerli komanda “Gəncə” ilə qarşılaşıb.

Gərgin alınan görüşdə iki əlavə vaxt oynanılıb. “Cəlilabad” 14 xallıq fərqi aradan qaldıraraq hesabda önə keçsə də, üstünlüyü əlavə vaxtın sonlarında əldən verib. Nəticədə “Gəncə” 114:108 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular “Cəlilabad”dan Tomas Kobi (30 xal, 9 ribaund), “Gəncə”dən isə Culs Mur (29 xal, 10 ribaund) olublar.

Turun son oyunu (“Şəki” – “Sabah”) dekabrın 10-da keçiriləcək.