Gəncə Futbol Akademiyasının açılışı martdan tez reallaşmayacaq.

Rekord.az-a daxil olan məlumata görə, açılış sözügen ayda keçiriləcək AFFA-ya prezident seçkilərindən sonra baş tutacaq.

Qeyd edək ki, daha öncə açılış yanvarın 11-ə təyin olunsa da, rəsmi məlumata görə federasiyanın hazırkı prezidenti Rövnəq Abdullayevin səhhətində yaranan problem səbəbindən ləğv edilmişdi.