“Gəncə” heyətinə yeni basketbolçu cəlb edib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycandan olan hücumçu Mehdi Şabani mövsümün sonuna kimi "sarı-göylər"in şərəfini qoruyacaq.

21 yaşlı Şabani 201 sm boya malikdir. O, çempionatın ilk yarısında "Sumqayıt"da çıxış edib.