
Gəncə stadionu bu tarixdə hazır olacaq
- 24 Apr 2023 12:00
- 824
Gəncə stadionunda bərpa işlərinə start verilib.
Rekord.az-ın məlumatına görə, meydançaya yeni toxum səpiləcək.
Daha sonra həmin toxumun cücərməsi prosesi gedəcək. Ardınca, biçin, bərkimə və s. prosedurlar həyata keçiriləcək. Ümumilikdə bütün bu proseslərin 3 aya yaxın çəkəcəyi gözlənilir. Bu isə o deməkdir ki, “Kəpəz” Gəncədə rəqiblərini yalnız yeni mövsümdən qəbul edə biləcək.