
Gəncə rəhbərliyi "Kəpəz"in Gəncəyə dönüşündə maraqlı deyil
- 17 Avq 2022 13:00
- 561
Görünən budur ki, "Kəpəz" bu gedişlə mövümün sonuna kimi Gəncəyə qayıtmayacaq.
Rekord.az xəbər verir ki, tribunalar qəzalı vəziyyətdə olduğu üçün PFL stadionda çempionat oyunlarının keçirilməsinə qadağa qoyub.
Qısacası stadion təmir olunmalıdır. AFFA buna hazırdı. Amma bunun üçün stadion şəhər gənclər və idman idarəsinin balansından çıxarılıb federasiyanın balansına verilməlidir. Ya da Gəncə rəhbərliyi bütün işi öz boynuna götürüb stadionu təmir etdirməlidir. Lakin təəssüf ki, şəhər rəhbərliyi nə birinci variantın reallaşmasına yardım edir, nə də ikinci. Bu səbəbdən də stadion məsələsi açıq olaraq qalır. Məsələ açıq qaldığı sürəcdə "Kəpəz"in doğma şəhərinə dönüşü də mümkünsüz görünür.