"Gəncə" basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirəcək.


Rekord.az xəbər verir ki, Martin Knejeviçin baş məşqçisi olduğu komanda Yunanıstan təmsilçisi "Kolossos"u qəbul edəcək.


Qarşılaşma saat 19:00-da Gəncə İdman Sarayında baş tutacaq.


Xatırladaq ki, "Gəncə" ilk oyunda səfərdə Türkiyə təmsilçisi "Esenler Erokspor"a uduzub - 63:92.