
“Gəncə” daha iki amerikalı basketbolçu ilə gücləndi
- 17:40
- 32
Transfer çalışmalarını davam etdirən "Gəncə" daha iki legioneri heyətinə cəlb edib.
Rekord.az bu barədə bölgə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
ABŞ-dən olan Ceykob Uayli ilə cari mövsümün sonuna kimi müqavilə bağlanıb. 2 metr boya malik basketbolçu ampluaca hücumçudur. O, "Gəncə"də 2 nömrəli forma ilə oynayacaq. Uayli son mövsümü Rumıniyanın "Styaua" klubunda keçirib.
Digər amerikalı basketbolçu Carvis Qarret də yeni mövsümün sonuna kimi "Gəncə"də oynayacaq. 30 yaşlı Carvis oyun qurucusu mövqeyində çıxış edir. 183 sm boya malik legionerimizin son klubu Kipr "Anortosis"i olub. "Gəncə"nin kapitanı seçilən Qarret komandada 0 nömrəli formanı geyinəcək.