“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Premyer Liqanın 17-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçı belə şərh edib:


"İlk hissəni çox pis keçirdik. Standart vəziyyətlərlə bağlı problemimiz oldu. "Turan Tovuz" da bundan istifadə edə bildi. Bir az da bəxtimiz gətirdi. Çünki standart vəziyyətlərdən sonra daha 2 qol buraxa bilərdik. İkinci hissədə daha yaxşı oynasaq da, gedişatı dəyişə bilmədik. Bu cür oyunlarda çox sadə qollar buraxdığımıza görə peşmanıq. Hətta birinci hissədə pis oynasaq da, Aleksander Ramalinqomun şansı var idi, o da dirəkdən döndü. Belə komandalarla oyunda gərək hər iki hissədə yaxşı oynayasan ki, nəticə qazanasan. Rəqibi təbrik edirəm.


Biz artıq mərkəz müdafiəçisi gətirmişik. Problemimizi bilirik və bunu klub rəhbərliyi ilə müzakirə edirik. Qış fasiləsində çarə tapmaq asan deyil. Bilmirəm necə, amma bu işdə davam etməli və qat-qat daha yaxşı oyun göstərməliyik.


Birinci hissəni nəyə görə bu cür zəif oynadığımızı anlaya bilmirik. Bizim hazırladığımız oyun ikinci hissədə gördüyünüz oyun olmalı idi. Sadəcə "Turan Tovuz"un hər dəfə standart vəziyyətlərdən yaratdıqlarına reaksiya verə bilmədik. Təcrübəli oyunçularımız var. Amma bu duruma nəyə görə düşdüyümüzü bilmirəm. Qış fasiləsindən sonra adaptasiya üçün vaxt lazım gələ bilər. Sadəcə autlardan qapımızda problem yaşayırdıq”.