"Region Liqası"nda mübarizə aparan "Füzuli" rəsmən stadion seçimini edib.

Rekord.az xəbər verir ki, komanda 1/4 final mərhələsində "Qusar"ı Ağcabədi Olimpiya İdman Kompleksinin stadionunda qəbul edəcək.

Artıq bu komplekslə rəsmi müqavilə imzalanıb, bununla bağlı AFFA da məlumatlandırılıb. "Füzuli" I Diviziona buraxılacağı təqdirdə, oradakı ev oyunlarını da Ağcabədidə keçirəcək.