Azərbaycanın futzal üzrə yüksək liqasının beşinci turu çərçivəsində “Xilə FK” və “Alyans Lənkəran” komandalarının görüşündən əvvəl təqdirəlayiq hal yaşanıb.

Belə ki, “Xilə FK” oyuna Əmircan qəsəbəsinin (keçmiş Xilə kəndi) müharibə iştirakçıları, 44 günlük ikinci Qarabağ müharibəsinin qəhrəmanları Elxan Quliyev və Elmar Lətifovu dəvət ediblər.

Oyundan öncə qəhrəmanlarımıza klub tərəfindən təşəkkürnamə, Azərbaycanın futzal federasiyası tərəfdən isə milli komandanın oyun formaları təqdim olunub.

Quliyev Elxan Ağayüsif oğlu və Lətifov Elmar Orduxan oğlu II Qarabağ döyüşlərində, Füzuli, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan İlham Əliyev tərəfindən medal və ordenə layiq görülmüşdür.

SPORTİNFO.AZ

Təqdirəlayiq hal: Paytaxt klubu qəhrəman əsgərləri...

Təqdirəlayiq hal: Paytaxt klubu qəhrəman əsgərləri...

Təqdirəlayiq hal: Paytaxt klubu qəhrəman əsgərləri...

Təqdirəlayiq hal: Paytaxt klubu qəhrəman əsgərləri...