Almaniyanın “Frayburq” klubunun yarımmüdafiəçisi Roland Şallai Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Qarabağ"a qarşı keçirəcəkləri matçı buraxacaq.

Rekord.az xəbər verir ki, Bundesliqanın 5-ci turu çərçivəsində baş tutan “Bayer”lə səfər matçının ilk dəqiqələrində sifətindən ağır xəsarət alan macarıstanlı futbolçunun bir müddət məcburi istirahət edəcəyi müəyyənləşib.

Bunu yarımmüdafiəçinin atası Tibor Şallai söyləyib: “Hazırda əməliyyata ehtiyac yoxdur. Bir neçə gün evdə yatmalıdır. Gələn həftə yenidən müayinə olunacaq, o vaxtadək dincəlməlidir. Əlbəttə, onun üçün psixoloji cəhətdən ağırdır. Çünki "Qarabağ"a qarşı oynamaq istəyirdi. Amma mümkün olmayacaq. Bir müddət maska ilə mübarizə aparmalı olacaq. Ümid edirik ki, ən qısa zamanda meydana qayıda biləcək”.

“Frayburq” - “Qarabağ” matçı sentyabrın 8-də “Europe Park” stadionunda keçiriləcək.