Avropa Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində Almaniyada yerli “Frayburq”la Azərbaycan çempionu “Qarabağ” arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

Rekord.az xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Erik Lambrexts olacaq. Ona yan xətt hakimləri Jo de Veyrdt və Matias Hillert kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.

VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaq.

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lizedir.

Sentyabrın 8-də Frayburq şəhərindəki "Europa-Park" stadionunda keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.