"Neftçi"dən ayrılan çıxış edən Baqali Dabo Azərbaycanla vidalaşıb. 

Rekord.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu "Instagram" hesabından məlumat yayıb. 

Fransalı futbolçu Azərbaycanda çəkilmiş fotolarını paylaşaraq vida mesajı yayımlayıb. Dabo vida mesajında Azərbaycana təşəkkür etdiyini bildirib. O, burada 4 il ərzində keçirdiyi hər anı heç vaxt unutmayacağını sözlərinə əlavə edib. Dabo Azərbaycan üçün hər şeyin ən yaxşısını dilədiyini vurğulayıb. 

Qeyd edək ki, Baqali Dabo 2016-2018-ci illərdə "Qəbələ"də çıxış edib. Fransalı forvard 2018-ci ildən "Neftçi"nin formasını geyinirdi. Onun Kiprin "Apollon" klubuna keçəcəyi gözlənilir.