Fransa Paraqvayı məğlub edərək növbəti 1/4 finala yüksəldi
- 05:00
- 32
Futbol üzrə dünya çempionatında Fransa Paraqvayı məğlub edib.
Rekord.az xəbər verir ki, Filadelfiya stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar minimal hesabla qələbə qazanıblar- 1:0.
Kobud oyuna görə təyin olunan penaltini 70-ci dəqiqədə Kilian Mbappe qola çevirib.
Bu qələbə sayəsində 1/4 finala yüksələn Fransanın rəqibi Mərakeş millisi olacaq.