“Formula 1” üzrə Çin qran-prisi 2023-cü ildə keçirilməyəcək.

Rekord.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, yarış ölkədə koronavirusun yaratdığı davamlı çətinliklərə görə baş tutmayacaq.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycan qran-prisi 28-30 apreldə gerçəkləşəcək.