2024-cü ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan qran-prisində sprint yarışı olmayacaq.

Rekord.az xəbər verir ki, bu, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) turnirlə bağlı açıqladığı təqvimdə əksini tapıb.

Sprint yarışları Çin, Mayami, Avstriya, ABŞ, Braziliya və Qətər Qran-prilərində baş tutacaq.

Bakıdakı yarış 13-15 sentyabrda təşkil ediləcək.