
Firminonun yeni klubu bəlli oldu
- 24 İyl 2025 13:40
- 54
“Liverpul”un və Braziliya millisinin sabiq futbolçusu Roberto Firminonun yeni klubu bəlli olub.
Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu karyerasını Qətərdə davam etdirəcək.
O, “Əl-Sədd”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Firmino ilə 2 illik müqavilə imzalanıb.
Firmino son olaraq “Əl-Əhli”də çıxış edib. O, 2015-2023-cü illərdə “Liverpul”un formasını geyinib.