
"Fiorentina"nın rusuna yaxın duran yoxdur
- 08 Avq 2022 21:21
- 481
"Fiorentina"nın mövsüm öncəsi məşqlərinə dəvət edilməyən Aleksandr Kokorinin son durumuna aydınlıq gəlib.
Rekord.az "RB Sport"a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu üçün "bənövşəyilər"ə müraciət edən olmayıb.
Hazırda fərdi məşqlərlə kifayətlənən rus hücumçunun qışa qədər bu qaydada çalışacağı vurğulanıb. Xəbərə görə, qış transfer pəncərəsi açılandan sonra "Fiorentina" rəhbərliyi ondan qurtulmağın yollarını yenidən arayacaq.
Qeyd edək ki, Kokorin "Fiorentina"ya ötən ilin yanvarında keçib. O vaxtdan bəri cəmi 216 dəqiqə meydanda olan Rusiya millisinin üzvü məhsuldar göstəricilərlə yadda qalmayıb.