İtaliyanın “Fiorentina” klubunun yeni baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisinin “sükan”ı Cüzeppe Yakiniyə tapşırılıb. 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssisin təqdimatı dekabrın 28-də keçiriləcək.

Yakini daha əvvəl “Sampdoriya”, “Udineze”, “Sassuolo”, “Empoli” kimi klubları çalışdırıb.