
"Fiorentina" - "Yuventus" 0:1 VİDEO
- 03 Mar 2022 15:43
- 546
İtaliya kubokunda ikinci yarımfinal matçı baş tutub.
Rekord.az xəbər verir ki, “Fiorentina” “Artemio Franki” arenasında kubokun son sahibi “Yuventus”u qəbul edib.
Qarşılaşma qonaqların üstünlüyü ilə başa çatıb. Yeganə qolu matçın əsas vaxtına əlavə edilmiş birinci dəqiqədə “Fiorentina”nın futbolçusu Venuti öz qapısına vurub.