“Qarabağ”ın futbolçusu Filip Ozobiç Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la (Macarıstan) Bakıda heç-heçə etdikləri ilk matç (1:1) barədə fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, o, oyundan dərhal sonra “CBC Sport”a açıqlamasında deyib: "Öz oyunum haqqında çox danışmaq istəmirəm. Çətin rəqibə qarşı oynayırdıq. Bir qədər əziyyət çəkdik. Gərgin oyun keçdi".

Filip cavab görüşünə daha yaxşı hazırlaşacaqlarını söyləyib: "İndi rəqibi yaxşı tanıyırıq. Baş məşqçimiz oyunu analiz etdikdən sonra tapşırıqlar verəcək. Cavab matçına daha yaxşı hazırlaşacağıq".

Ozobiç azarkeşlərə komandanı dəstəklədiklərinə görə minnətdarlığını bildirb: "Azarkeşlərə təşəkkür edirəm. Onları əmin etmək istəyirəm ki, maksimum nəticə üçün və mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik

Qeyd edək ki, bu komandalar arasında avqustun 9-da Budapeştdə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.