"FİFA dünya çempionatını hər iki ildən bir keçirməyi təklif etməyib".

Rekord.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino qurumun iclasında bildirib.

Ali qurumun rəhbəri dünya çempionatlarının dörd ildən bir keçirilməyə davam edəcəyini söyləyib:

"Dünya çempionatı 4 ildən bir keçirilir. FİFA hər iki ildən bir dünya çempionatını keçirməyi təklifi etməyib. Sadəcə FİFA konqresinin son iclasında rəhbərlikdən belə bir variantın mümkünlüyü öyrənilib. Eləcə də qadın futbolu ilə bağlı layihələr haqda müzakirələr aparılıb. Arsen Vengerin başçılıq etdiyi FİFA administrasiyası bunu edib. Başqa heç bir qərar və ya qanun qəbul edilməyib".