FİFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimova 4 oyunluq cəza verib.

Rekord.az xəbər verir ki, buna 27 yaşlı yarımmüdafiəçinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində evdə Lüksemburq yığmasına qarşı keçirilmiş oyunda rəqib oyunçu Olivye Tillə qarşı kobudluğu səbəb olub.

Görüşün 21-ci dəqiqəsində topu itirdikdən sonra 26 yaşlı yarımmüdafiəçiyə kunq-fu hərəkəti ilə zərbə endirən Mütəllimov birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. FİFA "Sumqayıt"ın futbolçusunu diskvalifikasiya etməklə yanaşı, Azərbaycan millisini 5000 İsveçrə frankı məbləğində cərimələyib.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.