FIBA Avropa Kubokunun əsas mərhələsində Azərbaycan təmsilçiləri üz-üzə gələcəklər.


Rekord.az xəbər verir ki, I qrupunda yer alan "Neftçi" bu gün "Abşeron Lions"la qarşılaşacaq.


Görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək. Bu komandaların qrupdakı ilk oyununda "Neftçi" 104:86 hesablı qələbəyə sevinib.


Qeyd edək ki, "Neftçi" 8 xalla ikinci pillədə qərarlaşıb. Sonuncu - dördüncü olan "Abşeron Lions"un isə 6 xalı var.