
Fərid Qayıbov Mingəçevir stadionu üçün vəd etdiyi oturacaqları göndərdi
- 07 Avq 2022 17:00
- 565
Çempionatın başlamasına sayılı günlər qalmış “Mingəçevir”in azarkeş qrupu “Zona45”in rəhbəri Elnur Qasımov “feysbuk” səhifəsində paylaşım edərək gənclər və idman naziri Fərid Qayıbova müraciət edib. O nazirlə şəklini paylaşaraq bu sözləri yazıb:
“Salam, cənab nazir. Bildiyimiz qədər Mingəçevir şəhər stadionuna 2000 oturacaq verməliydiz. Çempionatın başlamasına 20 gün qalıb, amma hələ stadionda oturacaqlarla bağlı yeni bir iş yoxdu. Güman edirik ki, tezliklə onların quraşdırılmasına başlanılacaq. Stadionumuz 5200 azarkeş tutumuna maikdi. Hər oyuna da 3-4 min tamaşaçı gəlir”.
Məsələni dəqiqləşdirmək üçün klubun idarə heyətinin sədri Rövşən Əhmədovla danışmağı lazım bildik. 2 gün öncə “Futbol+”ə açıqlama verən Rövşən bəy bu istiqamətdə yenilik olmadığını demişdi. Bu gün isə redaksiyamıza zəng edən sədr yeni məlumatların olduğunu bildirdi:
“Şəhərin icra başçısı bu gün mənə zəng etdi. Dedi ki, nazirin söz verdiyi kimi, 2 min oturacaq artıq Mingəçevirə göndərilib. Oturacaqlar yüksək keyfiyyətlidi. Ümid edirik ki, çempionatın startına kimi bu proses yekunlaşacaq”.