
“Ferentsvaroş”un prezidenti: “Bizdən daha yaxşı komandaya uduzduq”
- 10 Avq 2022 10:30
- 465
Macarıstanın "Ferentsvaroş" klubunun prezidenti Qabor Kubatov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində evdə "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, “Facebook” səhifəsindəki paylaşımında Azərbaycan klubunun Budapeşt təmsilçisindən güclü olduğunu etiraf edib:
“Bu gün bizdən daha yaxşı komandaya uduzduq. Gələn həftə inkişaf etməyə çalışacağıq. Həmişə mübarizə apar, heç vaxt təslim olma!”