Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Henri Uinqo zədələnib.

Rekord.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stanislav Çerçesov açıqlama verib.

Rusiyalı məşqçi bildirib ki, ABŞ-dan olan 27 yaşlı müdafiəçi Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununu buraxacaq.

Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu qarşılaşmaya saat 20:00-da start veriləcək.