“Fənərbağça” pley-offa ağır məğlubiyyətlə başladı
- 02:03
- 32
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib.
Rekord.az xəbər verir ki, “Fənərbağça” evdə qarşılaşdığı “Nottingem Forest”ə böyük hesabla uduzub.
“Ştutqart” səfərdə “Seltik”dən, “Selta” PAOK-dan üstün olub. “Lill” isə “Srvena Zvezda” ilə ev oyununda məğlub olub.
Cavab qarşılaşmaları fevralın 26-da keçiriləcək.
Avropa Liqası
Pley-off, ilk oyunlar
19 fevral
Dinamo (Xorvatiya) – Genk (Belçika) 1:3
Qollar: Belyo, 44 – Heynen, 15. El-Uahdi, 21; 90.
PAOK (Yunanıstan) – Selta (İspaniya) 1:2
Qollar: Yeremeyef, 77 – Aspas, 34. Svedberq, 43.
Brann (Norveç) – Bolonya (İtaliya) 0:1
Qol: S.Kastro, 9.
Fənərbağça (Türkiyə) – Nottingem Forest (İngiltərə) 0:3
Qollar: Murillo, 21. İ.Jezus, 43. Gibbs-Uayt, 50.
Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan) 3:1
Qollar: Dua, 24. Son, 67. Vidal, 90+5 – Dele, 27.
Panatinaikos (Yunanıstan) - Viktoriya (Çexiya) 2:2
Qollar: Tette, 31; 61 – Visinski, 11. Ladra, 80.
Lill (Fransa) – Srvena Zvezda (Serbiya) 0:1
Qol: Uçenna, 45+1.
Seltik (Şotlandiya) – Ştutqart (Almaniya) 1:4
Qollar: Niqren, 21 – El-Xannus, 15; 28. Levelinq, 57. Tomas, 90+3.