
“Fənərbağça” Niderlanddan məğlub qayıtdı
- 01:13
- 40
Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk qarşılaşmalarına yekun vurulub.
Rekord.az xəbər verir ki, bu gün 6 matç baş tutub.
"Qarabağ"ın pley-off mərhələsində potensial rəqibləri olan "Ludoqorets"lə "Ferentsvaroş"un görüşündə qapılara qol vurulmayıb.
Günün digər maraqlı görüşü isə Niderlandda keçirilib. "Feyenoord" Türkiyə təmsilçisi "Fənərbağça"nı qəbul edib və qələbəyə sevinib.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
6 avqust
Kayrat (Qazaxıstan) – Slovan (Slovakiya) 1:0
Zalsburq (Avstriya) – Brügge (Belçika) 0:1
Ludoqorets (Bolqarıstan) – Ferentsvaroş (Macarıstan) 0:0
Lex (Polşa) – Srvena Zvezda (Serbiya) 1:3
Feyenoord (Niderland) – Fənərbağça (Türkiyə) 2:1
Nitsa (Fransa) – Benfika (Portuqaliya) 0:2