"Fənərbaxça" heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi italiyalı qolkiper Salvatore Siriquya rəsmi təklif göndərib.

Hazırda azad agent statusunda olan 35 yaşlı "əlcək sahibi" ilə danışıqlar davam edir.

Salvatore Siriqu son mövsümdə "Cenoa"da çıxış edib. O, komandanın heyətində 36 rəsmi matçda meydana çıxıb və 59 qol buraxıb.