
“Fehervar” - “Qəbələ” oyunu canlı yayımlanacaq
- 20 İyl 2022 19:00
- 518
Sabah "Qəbələ” Avropa Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində səfərdə Macarıstan təmsilçisi “Fehervar”la qarşılaşacaq.
Rekord.az xəbər verir ki, “qırmızı-qaralar”ın macarlarla səfər matçının canlı yayımlanması məsələsi müsbət həllini tapıb.
"CBC Sport" telekanalının təşəbbüsü ilə qarşı tərəflə aparılan danışıqlar nəticəsində oyunun Azərbaycanda yayımlanmasına qərar verilib.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-dan etibarən “CBC İnternational” telekanalının canlı efirində olacaq.
Tərəflər arasında cavab oyunu bir həftə sonra Qəbələdə keçiriləcək. Həmin görüş də “CBC İnternational”la canlı yayımlanacaq.