
Fabreqas B seriyada
- 16 İyl 2022 12:45
- 396
"Monako"dan ayrıldıqdan sonra azad agent statusu daşıyan Sesk Fabreqasın yeni komandası bəlli olub.
Rekord.az xəbər verir ki, İspaniya millisinin sabiq üzvü karyerasını İtaliyada davam etdirəcək.
35 yaşlı yarımmüdafiəçi "Komo" ilə razılıq əldə edib. Təcrübəli oyunçu B Seriyası klubu 2 illik müqavilə imzalayacaq.
Fabreqas 2019-cu ildən "Monako"da çıxış edirdi. O, son mövsümdə "knyazlıq" klubunun heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.