
Ərdoğan Messini dünyanın ən yaxşısı adlandırdı
- 12 Okt 2022 11:00
- 403
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi haqqında danışıb.
Rekord.az xəbər verir ki, o, 35 yaşlı forvardı dünyanın ən yaxşısı adlandırıb:
"Messinin böyümə hormonunun çatışmazlığı səbəbindən idmanla məşğul ola bilməyəcəyini demişdilər. Amma o, mübarizəyə davam edərək dünyanın ən yaxşı futbolçusu oldu".