Emrelinin komandasından uğursuz start
- 19:30
- 20
Polşa çempionatında yeni mövsümə start verilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin yeni komandası “Rakuv” 1-ci turda ilk matçını bu gün keçirib.
Sözügedən komanda doğma meydanda “Visla” (Plok) ilə qarşılaşıb 1:2 hesabı ilə uduzub. Emreli əsas heyətdə yer alıb və 56-cı dəqiqədə əvəzlənib.
Xatırladaq ki, Emreli bu həftə "Rakuv”dakı debüt oyununda bir qol vurub. O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Valletta" (Malta) ilə keçirilən görüşdə (3:1) rəqib qapısına yol tapıb.