Emmanuel Hakman: "Hədəflərimizə çata bilərik"
- 15:39
- 51
"Turan Tovuz"un kapitanı Emmanuel Hakmanın "Rekord.az"-a müsahibəsi.
- İlk turda qələbə qazandız. Oyun necə keçdi?
- Çətin oldu. Mövsümün başlanğıcıdır, rəqib də asan deyildi. Komanda olaraq yaxşı oynamalı, istəyimizə nail olmalı idik. Düşünürəm ki, bunu bacardıq və buna ancaq sevinə bilərəm.
- Sənin şəxsi və komandanın mövsümlük hədəfi nədir?
- Mən komanda üçün oynayıram. Komandamın öz hədəfinə çatması üçün məndən tələb olunanı etməliyəm. Təbii ki, biz ən yüksəklərdə olmaq, kuboklar qazanmaq istəyirik.
- Klub prezidenti "Turan"ın çempionluq üçün oynayacağını deyib. Səncə, bunu etmək nə dərəcədə realdır?
- Realdır. Ötən mövsüm bu yarışda var idik. Yenə də ola bilərik. Hər şey bizdən asılıdır. Hədəflərimizə çatacağımıza inanıram.