Azərbaycan millisinin futbolçusu Emin Mahmudov "Neftçi"də qalmaq istəyir.

Rekord.az xəbər verir ki, bu barədə 30 yaşlı futbolçu klubun rəsmi televiziyasında yayımlanan "Akademiya gündəliyi" verilişində açıqlama verib.

Təcrübəli yarımmüdafiəçi bildirib ki, komandada qalması təkcə onun razılığından asılı deyil:

"Klub rəhbərliyi razı olsa, "Neftçi"də qalaram. Burada oynayarkən bəzi klublardan təklif almışam. Amma ciddi bir şey olmayıb. Ona görə də ad çəkmək istəmirəm".

Emin Mahmudovun "Neftçi" ilə 2023-cü ilin yayınadək müqaviləsi var.