
Emil oynamadı, “Turan” evdə uduzdu
- 18 Mar 2022 11:00
- 502
Futbol üzrə Qazaxıstan çempionatında 3-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Turan” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Kaspi Aktau” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Emil bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.
“Turan” hazırda 1 xalla 14 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.