
Elxan Məmmədovun təşəbbüsü ilə yaranan komitə fəaliyyətini dayandırıb
- 28 Fev 2022 14:00
- 763
AFFA Klublar Komitəsinin ardından daha bir qurum faktiki olaraq fəaliyyətini dayandırıb.
Rekord.az xəbər verir ki, söhbət Elxan Məmmədovun təşəbbüsü ilə yaradılan Gənc Məşqçilər Komitəsindən gedir.
Bir ara veteranlar ittifaqının sədri Oqtay Abdullayevin vasitəsi ilə narazı gənc futbol veteranlarını bir araya gətirən Məmmədov onların tezliklə işlə təmin oluanacağına dair vəd də vermişdi. BU komitədə Zaur Ramazanov, Ramiz Məmmədov, Hüseyn Məhəmmədov, Emin Quliyev kimi məşqçilər yer almışdı. Lakin sonradan icraçı vitse-prezident vədini yerinə yetirmədi. Bu isə işsiz məşqçilər arasında narazılıq yaratdı və onlar Azərbaycan futbolundakı problemlərlə bağlı narazılıqlarını yenidən dilə gətirməyə başladılar. Bəziləri isə hətta komitədən də çıxdılar. Son 1 ildə isə sözügedən komitə bir araya gəlmir və demək olar ki, fəaliyyətini dayandırıb.