
Elvin Camalovun son durumu məlum oldu AÇIQLAMA
- 09 Mar 2022 12:00
- 737
"Keşlə" ilə oyunun 64-cü dəqiqəsində ciddi zədə alaraq meydançanı yarımçıq tərk edən "Sabah"ın futbolçusu Elvin Camalovun son durumu məlum olub.
Rekord.az xəbər verir ki, futbolçunun üz sümüyündə sınıq aşkarlanıb.
Bu haqda saytımıza məlumat verən "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov futbolçunun yaşıl meydançalara dönəcəyi tarixi də açıqladı: "Elvinin üz sümüyünün xətti sınıq aşkarlanıb. Yalnız iki həftədən sonra fərdi məşqlərə başlaya biləcək".