Qış transfer dönəmindən “Qəbələ”yə transfer olunan Patrikin durumu baş məşqçi Elmar Baxşıyevin tam ürəyincə deyil.

Rekord.az-a daxil olan məlumata görə, Baxşıyev "Admira Vakker"dən alınan futbolçunun oyunundan narazıdır.

Baş məşqçi zamanla ondan daha yaxşı oyun gözləsə də, hələlik istədiyini ala bilmir.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi Avstriyanın “Admira Vakker” klubundan  icarəyə götürülüb.