
Elmar Baxşıyev: “Komanda dominant oynamağa çalışırdı”
- 12 İyl 2022 19:30
- 407
“Qəbələ” Türkiyə toplanışındakı son yoxlama oyununda Rumıniyanın “Çiksereda” klubuna 2:1 hesabı ilə qalib gəlib.
Rekord.az xəbər verir ki, görüşdən sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev fikirlərini klub saytına açıqlayıb:
“Düşündüklərimizi təlim-məşq toplanışında görə bildik. Komanda meydanda dominant oynamağa çalışırdı. Qarşıda 9 gün vaxtımız var. Bu müddətdə daha da yaxşı olacağıq. Ümumilikdə istədiyimi bu gün meydanda görə bildim. Futbolçuların hərəkətliliyi bizi məmnun etdi. Komandanın hazırlığını faizlə dəyərləndirməzdim. Amma gündən-günə daha yaxşı olduğunu məşqlərdə görürük”.