
Əliyevli “Arsenal”dan yeni mövsümdə ilk məğlubiyyət
- 09 Avq 2022 00:15
- 504
Futbol üzrə Rusiya Birinci Liqasında 4-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyevin formasını geyindiyi Tula “Arsenal”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Baltika” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Əliyev də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
“Arsenal” 4 turdan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb.