
Əliyevdən Qırğızıstanda qollu debüt
- 26 İyl 2025 14:20
- 48
Azərbaycanlı hücumçu Orxan Əliyev Qırğızıstan Premyer Liqasında debüt edib.
Rekord.az xəbər verir ki, 29 yaşlı hücumçunun komandası “Ozgon” 14-cü tur çərçivəsində səfərdə “Asiagoal”la qarşılaşıb. Görüşdə “Ozgon” qalib gəlib - 2:0.
3 gün əvvəl Qırğızıstan təmsilçisinə keçən Orxan Əliyev ilk qolunu vurmağı da bacarıb.
Qeyd edək ki, hazırda “Ozgon"” turnir cədvəlində 19 xalla 6-cı yerdə qərarlaşıb.