Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Rekord.az xəbər verir ki, Avroliqanın qrup mərhələsinin sentyabrın 8-də, Avstriyada keçiriləcək “Şturm” (Qrats, Avstriya) – “Midtyulland” (Danimarka) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.