“Bayern”in və "Atletik"in sabiq futbolçusu Xavi Martinesin yeni klubu bəlli olub.


Rekord.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Qətərin 2-ci liqa təmsilçisi “Əl-Biddə”yə transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


2021-ci ildən "Qətər" klubunda oynayan futbolçu yeni komandasına azad agent statusunda keçib.


Xavi Martines 2006-2012-ci illərdə "Atletik"də, 2012-2021-ci illərdə isə "Bayern"də çıxış edib.


İspaniyanın əsas millisində də oynamış futbolçu bu komanda ilə dünya (2010) və Avropa çempionu (2012) adını qazanıb.