
“Dinamo”dan uğurlu, amma Mahirsiz start
- 16 İyl 2022 10:41
- 423
Futbol üzrə Xorvatiya çempionatında 2022/23 mövsümünə start verilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da yeni mövsümdə ilk matçına çıxıb.
Sözügedən komanda Zaqreb derbisində “Lokomotiv”lə üz-üzə gəlib. “Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda baş tutan matçda 5 qol qeydə alınıb. Yekunda meydan sahibləri 3:2 hesablı qələbəyə seviniblər.
Mahir bu görüşün iştirakçısı olmayıb. Zədədən yeni qayıdan Azərbaycan millisinin hücumçusunun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.