
“Dinamo”dan Mahirsiz qələbə
- 21 Mar 2022 13:40
- 493
Futbol üzrə Xorvatiya çempionatında 28-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Slaven Belupo” ilə qarşılaşıb. Futbolçumuzun komandası oyundan 1:0 hesablı qələbəsi ilə ayrılı.b
Mahir bu görüşdə iştirak etməyib. 25 yaşlı forvard zədələndiyi üçün adı matçın iştirak ərizəsinə salınmayıb.
“Dinamo” 27 oyuna topladığı 57 xalla hazırda 10 kollektiv arasında 1-ci pillədə qərarlaşıb.